14 avqust 2023 at 16:22
Jurnalist kodu: 5487
Xəbər kodu: 85198940
T T
0 Persons

Tags

Şərqi Azərbaycan heyətlərinin 1000 xadimi Ərbəin zəvvarlarına xidmət göstərəcək

Təbriz - İRNA - Şərqi Azərbaycandakı Müqəddəs Məkanların Yenidən Qurulması Qərargahının rəhbəri deyib: “Möhtəşəm Ərbəin yürüşü zamanı 1000-ə yaxın xadim bu əyalətin müxtəlif heyətləri şəklində zəvvarlara xidmət göstərəcək.”

İRNA-nın məlumatına görə, bazar ertəsi Əli Haqbeygi jurnalistlərə açıqlamasında deyib: “Bu xadimlər Ərbəin günləri ilə eyni vaxtda zəvvarların hərəkət yollarında, o cümlədən müxtəlif sərhəd terminallarında, Kərbəla-Nəcəf, Kərbəla-Samarraya və Kərbəla-Kazemyn yollarında xidmət göstərəcəklər.”

Şərqi Azərbaycandan Ərbəin piyada yolu üzərində xidmət etmək üçün 50-yə yaxın heyət müqəddəs ziyarətgahlara göndərilməyə hazır olduğunu bildirən H. Beygi bu heyətlərdə Ərbəin zəvvarlarına məskən, yemək, tibbi və dərman xidmətləri daxil olmaqla bütün növ xidmətlər göstəriləcəyini açıqlayıb.

Onun sözlərinə görə, avqustun 18-dən etibarən Şərqi Azərbaycan heyətlərinin Kərbəla və digər müqəddəs ziyarətgahlara ezam edilməsi və yerləşdirilməsi əməliyyatı başlanacaq.
O, Şərqi Azərbaycanın “1400 Marağa Şəhidi” heyətinin yalnız Kərbəla şəhərində yerləşəcəyini bildirərək deyib ki, 12-15 gün ərzində qeyd olunan şəhər və yollarda digər heyətlər də xidmət göstərməyə başlayacaq.

İmam Hüseynin (ə) zəvvarlarına xidmət etməyi və şiələrin birliyini nümayiş etdirməyi heyət xadimlərinin əsas vəzifəsi sayan Haqbeygi deyib: “Ərbəin yürüşü dünyanın ən böyük və ən mühüm dini toplantısı olduğu üçün ən yaxşı şəkildə təşkil olunmalıdır.”

O, Şərqi Azərbaycan heyətlərinin müqəddəs ziyarətgahlara göndərilməsinin 2017-ci ildən başladığına diqqət vurğulayaraq, ilk illərdə bu heyətlərin sayının 30-a yaxın olduğunu və cari il Ərbəin mərasimində bu rəqəmin 50-yə çatacağını bildirib.

Sizin rəyiniz

You are replying to: .